Gündəm

Məhəmməd Əsədullazadə: "Azərbaycanın təzyiq siyasəti konkret müsbət nəticələrini verir"

Məhəmməd Əsədullazadə: Azərbaycanın təzyiq siyasəti konkret müsbət nəticələrini verir

Ermənistanla sərhəddin Laçın rayonunda Qaragöl ətrafında yaşanan problem və Azərbaycanın təzyiq siyasəti konkret müsbət nəticələrini verir. Azərbaycan Qaragölü Ermənistana güzəşətə getməyəcək.

Müəyyən məlumatlar var ki, Azərbycan ciddi güzəştlər əldə edib. Təbii ki, Azərbaycanın sərhəddə manvevr və təzyiqləri mümkündür, işğalçı ölkə cəzalanmalıdır.

Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun rəhbərliyi ilə bu danışıqlar aparılıb. Əldə olunan müsbət nəticələrin olduğunu istisna etmirəm. Azərbaycan tərəfi bu işi həyata keçirirsə, Ermənistana torpaq güzəştə getməyəcək.

Bundan əlavə, bu prosesdə heçdə Azərbaycan Rusiya ilə birgə hərəkət etmir. Sərhədlərin təyin olunmasında məhz Qaragöl ətrafında baş verənlər Ermənistanda Paşinyana qarşı seçki prosesində ona qarşı mənfi nəticələr olacağından dolayı Azərbaycan delimitasiyanı dayandırmalıdır kimi absurd şəkildə bəzi siyasilərin açıqlamaları bu xalqa xəyanətdir. Bunlar Ermənistan demokratikləşsin deyə torpaq güzəştə getməyi nəzərdə tuturlar. Nə qədər əlverişli şərait varsa, Azərbaycan öz sərhədlərini təyin etməlidir. Sabah, Paşinyan hakimiyyətdə qalacaqsa, onun Azərbaycana qarşı hansı siyasət izləyəcəyi bilinmir.

Biz Ermənistanda kimlərin hakimiyyətdə qalması və qalmaması üçün sərhəd məsələsini dayandırmalı deyilik. Fikir verəsk, ABŞ, Fransa, Rusiya Azərbaycana qarşı eyni mövqedən çıxış edir. Ya, Koçaryan, ya Paşinyan hansı biri Ermənistanda olacaqsa, Azərbaycandan torpaq qopartmaq siyasətlərinə sadiq qalacaqlar. Bizim özlərinə " demokrat" deyən bəziləri Ermənistanda demokratiya inkişaf etsin deyə Qaragöl ətrafında sərhəd müəyəyn ləşdirolməsini dayandırmalıyıq və bu Rusiyanın oyunudur kimi açıqlamaları, birbaşa Ermənistanın maraqlarına xidmət etməkdir. Bunlar hakimiyyətə qarşı müxalifətçiliyi sərhəd və torpaq məsələsinə gətirilər. Bu təbliğatın başında "Milli Şura" və onun rəhbərliyi durur.

Məhəmməd Əsədullazadə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Demokrat.az

D
demokrat.az