“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm, Fransa sizinlə həmrəydir və belə də qalacaq",-deyə Makron yazıb. Fransa Prezidenti Emmanüel Makron rəsmi “Facebook” səhifəsində erməni dilindəki bu paylaşımı Azərbaycanda ciddi etiraza səbəb olub. Cebhe.info-ya açıqlamasında deputat Aqil Abbas deyib ki, bütün dünya Avropa başda olmaqla türklərə qarşı düşmənçilik siyasəti aparır: “Gözləri nə vaxtsa Osmanlıdan qorxub. Fransa da bu ölkələrin önündə gedir. Ermənilərlə fransızların arası daha yaxşıdır, doğmadılar. O vaxt deputat Şamil Qurbanov parlamentin iclasında demişdi ki, Jak Şirak qudurub. Jak Şirakın Bakıda yaşayan qohum-əqrabası kişini necə “tərlətdilərsə” infarkt oldu, öldü. İndi yenə deyirik, Makronun Bakıda o qədər qohum-əqrabası var ki, yenə onlar quduracaqlar”.
““Jak Şirak qudurub” deyən Şamil Qurbanovu infarkt etdilər, indi də Makronun qohum-əqrabası...” — Deputat
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


