Gündəm

Deputat: "Fransa belə addımlarla Paşinyanın dəstəkçisi olduğunu bir daha ortaya qoyur"

Deputat: Fransa belə addımlarla Paşinyanın dəstəkçisi olduğunu bir daha ortaya qoyur

“Bu, Makronun ilk belə bəyanatı deyil. 44 günlük müharibə dövründə də onlar oxşar çıxışlarla yadda qaldılar. Məlum məsələdir ki, Makronun Azərbaycanın qələbəsindən sonra iqtisadi, siyasi və hərbi cəhətdən itirdiyi çox məqam var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Fransa prezidenti Emmanuel Makronun sosial şəbəkədə etdiyi paylaşımla bağlı danışarkən bildirib:

“Fransanın bir sıra şirkətləri keçmiş işğalda olan ərazilərdə öz iqtisadi maraqlarını güdürdülər. Onlar həmin ərazilərdən əldə olan materialları daşıyırdılar. Siyasi baxımdan yanaşsaq, Makronun seçiciləri arasında erməni diasporasının nümayəndələri heç də az deyil. Fransa müharibə zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi heç bir ciddi addım atmadı, lakin Azərbaycanın onların müdaxiləsi olmadan münaqişənin taleyini həll etməsinin şahidi oldu. Azərbaycan BMT-nin qətnamələrini hərbi yolla yerinə yetirdi. Bu, Makrona və onun yeritdiyi siyasətə böyük təsir etdi.

Ermənistanda seçkilərə az müddət qalmış Makronun belə çıxışları gözlənilən idi və düşünürəm ki, onun bu cür çıxışları davam edəcək. Fransa belə addımlarla Paşinyanın dəstəkçisi olduğunu bir daha ortaya qoyur”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az