Azərbaycanın tanınmış jurnalisti, professor Qulu Məhərrəmli Şuşada baş tutan “Xarıbülbül” musiqi festivalından sonra təəssüratlarını bölüşüb.
Demokrat.az-ın xəbərinə görə, professor "TV Musavat"a açıqlamasında sonuncu dəfə Şuşanı 31 il öncə tərk etdiyini bildirib.
Şəhər onun xatirələrində dərin iz buraxıb və o, ömrünün 10 ilini burada yaşayıb.
Qulu müəllim, Şuşaya qayıdarkən həyəcanlı anlar yaşadığını etiraf edib. Xüsusilə, festivalda Qarabağla bağlı mahnı oxunanda və atəşfəşanlıqdan sonra fərqli duyğular keçirdiyini dilə gətirib.
Zaur Demokrat.az

