Kriminal

Bakıda 28 yaşlı gənc bıçaqlandı

Bakıda 28 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Rzazadə Nurlan Surxay oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az