Təhsil Naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən təhsillə bağlı maraqlı qalan sualları cavablandıracaq.
Bu barədə nazir öz “Facebook” səhifəsində paylaşım edib.
Bildirilib ki, 8 may saat 16:00-da baş tutacaq canlı yayımda aşağıdakı mövzulara toxunulacaq:
- Pandemiya dövründə tədrisin təşkili. - Müəllimlərin işə qəbulu və yerdəyişməsi. - 1-ci sinfə qəbul. - Təhsil haqqı ödənişlərində sosial paket.


