Gündəm

Firudin Qurbanov Baku Dövlət Universitetinin kollektivinə sabah təqdim ediləcək - YENİLƏNİB

Firudin Qurbanov Baku Dövlət Universitetinin kollektivinə sabah təqdim ediləcək - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun sərəncamı ilə müavini Firudin Qurbanov Baku Dövlət Universiteti (BDU) rektorunun səlahiyyətlərini icra edəcək.

Demokrat.Az xəbər verir ki, F.Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edildikdən sonra, onun səlahiyyətlərinin icrası universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.

Əldə etdiyimiz məlumata əsasən, Firudin Qurbanov sabah – noyabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.

Xatırladaq ki, Firudin Qurbanov 2014-cü ildən Azərbaycan Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışırdı.(muxalifet.az)

D
demokrat.az