Bakıda bıçaqlanma hadisəsi baş verib.
Demokrat.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1980-ci il təvəllüdlü Şəfiyev Əziz Yaşar oğlu “İnşaatçılar” metrostansiyasının yaxınlığında mübahisə zəminində bıçaqlanıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun sol qabırğa nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.(Report)


