Sosial

Karantin bu tarixdə yumşaldıla bilər

Karantin bu tarixdə yumşaldıla bilər

"Azərbaycan səhiyyəsi son bir ayda artan dalğa qarşısında yüklənmiş vəziyyətdədir. Buna uyğun olaraq dövlətin adiyyəti qurumları tədbirlər görürlər. Hər bir dalğanın ortalama bir-iki aylıq yüksəlmə və düşmə reallığı var".

Demokrat.az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov bildirib.

Deputat hesab edir ki, qarşıdakı bir-iki həftə ərzində dalğanın sönməsi və səhiyyə üçün yük yaratmayacaq rəqəmlərə çatacağı ilə üzləşəcəyik:

"Ümid edirəm ki, yayın gəlməsi və dəniz mövsümünün başlaması ilə əlaqədar, həm də rəqəmlərin bu şəkildə aşağı düşməsindən sonra hökumət insanların normal həyata dönməsinə uyğun qərarlar verəcək".

Demokrat.az

D
demokrat.az