Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Vahid Əhmədov bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar Türkiyəyə getmişdi.
V.Əhmədov Azərbaycana qayıdıb, artıq işinin başındadır. O, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında da iştirak edib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, parlamentin növbəti iclaslarında da iştirak edəcək: “Müalicəni davam etdirirəm. Səhhətimlə bağlı hər şey qaydasındadır, heç bir problem yoxdur”.
Qeyd: V.Əhmədov bir neçə il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.
Demokrat.az


