Gündəm

"Himnin sözlərini Camo bəy yazıbsa, niyə deyilməlidir ki, şeiri Əhməd Cavad yazıb?" — Araz Əlizadə

Himnin sözlərini Camo bəy yazıbsa, niyə deyilməlidir ki, şeiri Əhməd Cavad yazıb? — Araz Əlizadə

“Burada himnin sözlərindən danışanda heç kəs sözləri tənqid etmədi. Kimsə şeiri yazmayıbsa, onun müəllifi olmamalıdır”.

Demokrat.Az “Ölkə.Az”-a istinadənxəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Araz Əlizadə “Dövlət Himni haqqında” qanunun layihəsinin birinci oxunuş müzakirəsi zamanı səsləndirib.

Araz Əlizadə qeyd edib ki, əgər dövlət himninin sözlərini Camo bəy yazıbsa və bunun rəsmi təsdiqi varsa, niyə deyilməlidir ki, şeiri Əhməd Cavad yazıb?

Uzun müddət uşaqlara deyirdilər ki, yer düzdür: “İndi biz uşaqlara deməyək ki, yer dairəvidir və fırlanır?”.

Demokrat.Az

D
demokrat.az