Dünya

Koronaviruslu xəstələrin qaldığı xəstəxana partladı: Xeyli sayda ölən var

Koronaviruslu xəstələrin qaldığı xəstəxana partladı: Xeyli sayda ölən var

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.

Demokrat.az-ın məlumatına görə, partlayış və yanğın nəticəsində azı 28 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə 20-dən artıq yanğınsöndürən briqada cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.

Demokrat.az

D
demokrat.az