"Azərbaycan demokratiya və insan hüquqularının qorunması sahəsində Fransaya nümunə ola bilən ölkədir".
Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib.
Parisdə baş verən kütləvi etiraz aksiyalarına toxunan xanım deputat deyib ki, Fransada keçirilən etirazlar artıq böyüyərək xalq hərəkatına çevrilib:
"İndiyədək Fransa özünü dünyada söz azadlığının, demokratiyanın beşiyi kimi göstərsə də, əslində bu dövlətlərdə söz azadlığı və insan hüquqlarının qorunması ilə bağlı ciddi nöqsanlar mövcuddur. Buna misal kimi son günlər Parisdə keçirilən etiraz aksiyalarında polisin güc tətbiq etməsini göstərmək olar. Bundan əlavə, aksiyalar zamanı minə yaxın etirazçı həbs edilib, onların arasında dünyasını dəyişənlər və yaralananlar da var. Hesab edirəm ki, bütün bunlar Fransa və digər Avropa dövlətlərinin böyük iqtisadi böhranla üzləşməsinin göstəricisidir".


