Dünya

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 969 nəfərə çatdı

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 969 nəfərə çatdı

Ermənistanda son sutkada koronavirusa 881 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 211 399-a çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 25 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 969 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 191 158 nəfər sağalıb. Hazırda 15 281 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

D
demokrat.az