Sosial

Bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlandı

Bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlandı

Bu ilin yanvar-fevral aylarında qeydə alınan boşanma və nikah hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Demokrat.az-a verilən məlumata görə, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Demokrat.az

D
demokrat.az