Dünya

Qırğızıstanda seçkilər və referendum başa çatdı

Qırğızıstanda seçkilər və referendum başa çatdı

Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

"Axşam saat 20-də (Bakı vaxtı üzrə saat 18:00) 2 483 seçki məntəqəsi bağlanıb, hansılar ki, bu gün səhər saat 8:00-dan (Bakı vaxtı ilə saat 06:00) işləyib", - Mərkəzi Seçki Komissiyasının nümayəndəsi bildirib. Onun məlumatına görə, səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir, buna görə də rəqəmlər dəyişəcək.

Səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.

MSK-nın rəhbəri Nurjan Şayldabekova bildirib ki, səsvermənin ilkin nəticələri onun başa çatmasından sonra 1 saat ərzində məlum olacaq.

Seçkilərdə 420 şəhər və kənd şuralarında 7 560 yerə 18 772 namizəd iddialıdır, onlardan 63-ü siyasi partiyalar tərəfindən qeydə alınıb, digərləri namizədliklərini müstəqil irəli sürüblər.

D
demokrat.az