Rusiya Federasiyasının prezidenti Vladimir Putin ona daha iki müddət prezident seçkilərində iştirak etmək hüququ tanıyan qanun imzalayıb.
Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, imzalanmış qanunla Putin 2036-cı ilə qədər ölkə başçısı postuna namizəd ola biləcək.
Qeyd edək ki, 2036-cı ildə Putinin 84 yaşı olacaq.


