Amerika qüvvələrinin yerləşdiyi İraq ordusunun hərbi bazası raket hücumuna məruz qalıb. Bu barədə “Qafqazinfo” Al-Hadath telekanalına istinadən xəbər verir. Onun məlumatına görə, ABŞ qüvvələrinin də yerləşdiyi İraq HHQ bazasına iki raket buraxılıb. Yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, hər iki raket bazanın yaxınlığında düşüb. Onun sözlərinə görə, hücum nəticəsində hərbi bazaya heç bir ziyan dəyməyib.
ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya raket hücumu edildi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


