“Ermənistan bəyanatların müddəalarını yerinə yetirməyə borcludur”.
Demokrat.az xəbər verir ki, bu sözləri politoloq, millət vəkili Rasim Musabəyov REAL TV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Ermənistanın əsassız iddialarına bir neçə dəfə rəsmi şəkildə cavab verib:
“Ənənəvi olaraq erməni iddiaları ortaya çıxacaq ki, bunları hərbi əsir sayırlar, biz isə onları diversant sayırıq. Ancaq onun şərtləri var. Bu şərtlər Ermənistan XİN rəhbərinin səlahiyyətlərindən kənardadır.
Azərbaycan ərazisində Ermənistanın hərbi geyimdə olan vətəndaşları olmamalıdır. Bu öhdəlik götürüldüyü halda, diversantların taleyi nəzərdən keçirilib, onlara humanizm nümayiş etdirilərək, Azərbaycan hökuməti qaytara bilər”.


