Dünya

Ərdoğan Çinin xarici işlər naziri ilə görüşdü

Ərdoğan Çinin xarici işlər naziri ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Van İni qəbul edib.

Demokrat.az xəbər verir ki, Prezident Administirasiyasındakı görüş bir saatdan artıq davam edib və mətbuat üçün qapalı olub.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Daha sonra, Türkiyə və Çin Xarici işlər nazirləri təkbətək görüş keçirib. İki ölkə arasındakı əlaqələrin bundan sonra da genişləndirilməsi müzakirə edilib.

D
demokrat.az