Hadisə

Sabirabadda avtomobil qəzası: Sürücü ağır xəsarət aldı

Sabirabadda avtomobil qəzası: Sürücü ağır xəsarət aldı

Sabirabadda avtomobil qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Hacıqabul - Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonunun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Aftandil Vəli oğlu idarə etdiyi VAZ-2107markalı avtomobil yoldan çıxararaq dəmir dirəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az