Qarabağ

Deputat: "Tarixi ərazilərimiz Novruz tonqalının alovunda isinməyə başlayıb"

Deputat: Tarixi ərazilərimiz Novruz tonqalının alovunda isinməyə başlayıb

Novruz bayramı ərəfəsində əfv sərəncamlarının imzalanması ənənə halını alıb. Məhbusluq həyatını yaşayan minlərlə şəxs hər Novruz bayramına yaxın azadlığa çıxmaq ümüdini yaşayır. Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin humanizm və mərhəmət üzərində qurulmuş siyasətinə bələddir və alqışlayır. Bir neçə gün əvvəl imzalanmış növbəti əfv sərəncamı yenidən minlərlə insanın sevincinə səbəb olub.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputaı Azər Badamov deyib.

Onun fikrincə, əfv olunmuş şəxslərə yenidən özlərini cəmiyyətdə təsdiq etmək imkanı yaradılıb:

“Məhbusluq həyatı yaşamaqdan heç kəs sığortalanmayıb. Hətta kiçik bir ehtiyatsızlıqdan da həbsə düşən insanlar var. Əgər belə insanlar cəmiyyət üçün böyük təhlükə hesab olunmursa, onların yenidən həyata, cəmiyyətə adaptasiyası təmin olunmalıdır. Belə şəxslər törətdikləri cinayətlərin müəyyən hissəsini həbsxana həyatını yaşamaqla dərs alıb. Ağılı başında olan heç kim bir daha həbs həyatına qayıtmaq istəməz”.

Deputat ölkə başçısının imzaladığı əfv sərəncamının cəmiyyət tərəfindən böyük sevinc və rəğbətlə qarşılandığını söyləyib:

“Xalqımız tarixdə ilk dəfə qalib ölkənin vətəndaşı kimi başını uca tutaraq Novruz bayramını qeyd edir. Son 30 illik müstəqillik tariximizdə ilk dəfə işğaldan azad olunmuş torpaqlarımızda tonqallar yandırılır. Yenidən bu ərazilərimiz Novruz tonqalının alovunda isinməyə, qızmağa başlayıb.

Azərbaycan təkcə sözdə deyil, əməldə də müstəqildir. Bu müqəddəs yolda müstəqilliyimizi bizə yaşadan xalqımızın və ordumuzun milli birliyi və həmrəyliyi ilə Ali Baş Komandananın qətiyyəti, dəmir yumruğu özünü sübut etdi. Azadlıq yolunda minlərlə şəhidimiz və qazimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı arzulayırıq.

Ölkəmiz həmişə dəmir yumruq kimi müstəqil və bütöv olsun. Bizə qələbə sevincini yaşadan Ali Baş Komandan İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı Baharın gəlişi münasibətilə təbrik edir, elimizə sülh, firavanlıq və intibah arzulayıram!”.(Teleqraf.com)

D
demokrat.az