Gündəm

Göyərçinə işgəncə verən ərəblər Kəmaləddin Heydərovun qonaqlarıdır?

Göyərçinə işgəncə verən ərəblər Kəmaləddin Heydərovun qonaqlarıdır?

Azərbaycanda, Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşının müşayiəti ilə qanunsuz ov edən, göyərçinə işgəncə verən ərəblərin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qonaqları olduğu iddia edilir.

Demokrat.az-ın xəbərinə görə, ekoaktivist Cavid Qara deyib ki, ərəb tərcüməçi Azərbaycan dilini bildiyindən onunla söhbət edib.

“Deyir, Kəmaləddinin qonaqlarıdır. Şeyxlər də burda idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də əməkdaşı gəldi. Bir söz demədi, getdi” – C.Qara bildirib.

Demokrat.az

D
demokrat.az