Sosial

Deputat Elşən Həmzəyev şəhid və qazi ailələrini ziyarət etdi

Deputat Elşən Həmzəyev şəhid və qazi ailələrini ziyarət etdi

Novruz bayramı ərəfəsində deputat Elşən Həmzəyev Astara rayonundakı şəhid və qazi ailələrini ziyarət edib.

Demokrat.az xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin İdarə heyətinin üzvü, Sankt-Peterburq şəhərinin deputati Elşən Həmzəyevin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində Astara rayonundakı şəhid və qazi ailələri ziyarət edilib. Ziyarət zamanı Siyaku, Pensər, Azarud, Asxanakəran kəndlərində yaşayan 11 şəhid ailəsinin və 39 qazinin evinə baş çəkilib. Görüşlər zamanı rusiyalı deputat E.Həmzəyev qəhrəman oğullarımızın şücaəti ilə bütün xalqımızın, o cümlədən xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı icma üzvlərinin fəxr etdiklərini, onların qarşısında baş əydiklərini söyləyib. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan və döyüşən hər bir əsgər və zabitimiz xalqımız üçün əzizdir. Məhz müzəffər qəhrəman Azərbaycan Ordusunun parlaq qələbə qazanması bütün xalqımızı və dünya azərbaycanlılarını ürəkdən sevindirib və qürurlandırıb. Ziyarət zamani şəhid və qazi ailələrinə bayram sovqatları hədiyyə edilib və maddi yardım göstərilib. Qeyd edək ki, 1972-ci ildə Astara rayonunda doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Sankt-Peterburqa gedib , Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutunu bitirib, sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.

1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan "Savalan" şirkətlər qrupunun rəhbəridir.

14 sentyabr 2014-cü və 10 sentyabr 2019-cu illərdə keçirilmiş seçkilərdə Sankt-Peterburq şəhərinde deputat seçilib.

Demokrat.az

D
demokrat.az