Dünya

Ermənistanda daha 1 027 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 1 027 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutkada daha 1 027 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 181 168-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 301-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 848 nəfərdir. İndiyədək 167 186 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 830 aktiv koronavirus xəstəsi var.(report.az)

D
demokrat.az