Kriminal

Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar

Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar

Bakının Nəsimi rayonunda iki qadın vəhşicəsinə döyülüb.

Demokrat.az xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva amansızcasına döyülüb, daha sonra yol kənarında düşürülüb.

Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.(apa.az)

D
demokrat.az