Rusiyada son bir gündə daha 9 794 nəfərə COVID-19 diaqnozu qoyulub.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 370 617 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 486 nəfər artaraq 91 220-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 973 029 nəfər sağalıb.(report.az)


