İdman

Türkiyəli futbolçu millimizə dəvət aldı

Türkiyəli futbolçu millimizə dəvət aldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu cəlb olunub.

"Report"un məlumatına görə, Türkiyənin "Bayrampaşaspor" klubunun müdafiəçisi Samet Karakoç yığmanın martın 14-də start götürəcək toplanışında iştirak edəcək.

19 yaşlı futbolçu hazırlıq prosesinə martın 18-də qoşulacaq. Təlimlər martın 29-dək davam edəcək.

Qeyd edək ki, "Bayrampaşaspor"un yetirməsi olan Samet Karakoç ötən il klubu ilə peşəkar müqavilə imzalayıb. Gənc futbolçu cari mövsümdə 10 oyunda meydana çıxıb.

Türkiyə III liqasının 4-cü qrupunda mübarizə aparan "Bayrampaşaspor" 23 turdan sonra 35 xalla 7-ci pillədə qərarlaşıb.

Demokrat.az

D
demokrat.az