Gündəm

"Fərhad Məmmədov biabırçılığa cavab verməlidir, prezidenti aldadırlar" - Rauf Arifoğludan SAM-ın direktoru haqqında SƏRT İTTİHAMLAR

Fərhad Məmmədov biabırçılığa cavab verməlidir, prezidenti aldadırlar - Rauf Arifoğludan SAM-ın direktoru haqqında SƏRT İTTİHAMLAR

Hazırda Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) müşayiəti ilə Ankarada səfərdə olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovu ölkə başçısı İlham Əliyevi aldatmaqda ittiham edib.

Demokrat.Az xəbər verir ki, Rauf Arifoğlu bu barədə özünün "facebook" səhifəsində status paylaşıb.

Baş redaktorun fikirlərini təqdim edirik:

"Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim? "Türkiyə - Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda konfrans idi. Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)! Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox! Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı...Təsəvvür edin, Musa Qasımlı danışır, biz isə onu dinləmək zorunda idik. İşgəncə kimi bir şey... Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM -çı Cavid Vəliyevi dinləməliyəm? O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır! SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar. Və bizə də bir üzür borcludurlar...".

Qeyd edək ki, noyabrın 27-dən KİVDF-nin təşkilatçılığı ilə 15 nəfərlik KİV təmsilçisi Ankarada səfərdədir. Nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycanın Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,“Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Fondun aparıcı məsləhətçisi Babək Məmmədzadə, Fondun informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev daxildir. Səfər proqramı dekabrın 1-dək davam edəcək.

Səfər çərçivəsində keçirilən tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov da olub.

Zaur Hacılı Demokrat.Az

Fərhad Məmmədov biabırçılığa cavab verməlidir, prezidenti aldadırlar - Rauf Arifoğludan SAM-ın direktoru haqqında SƏRT İTTİHAMLAR

Fərhad Məmmədov biabırçılığa cavab verməlidir, prezidenti aldadırlar - Rauf Arifoğludan SAM-ın direktoru haqqında SƏRT İTTİHAMLAR

Fərhad Məmmədov biabırçılığa cavab verməlidir, prezidenti aldadırlar - Rauf Arifoğludan SAM-ın direktoru haqqında SƏRT İTTİHAMLAR

Fərhad Məmmədov biabırçılığa cavab verməlidir, prezidenti aldadırlar - Rauf Arifoğludan SAM-ın direktoru haqqında SƏRT İTTİHAMLAR

D
demokrat.az