Kriminal

Bakı sakininin 2 250 manatı və telefonu soyğunçuluqla alındı

Bakı sakininin 2 250 manatı və telefonu soyğunçuluqla alındı

Bakıda soyğunçuluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Nəsimi Rayon Rolis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əzimov fevralın 25-də Azadlıq prospektində bir nəfərin onun 2250 manat dəyərində mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini N.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az