Siyasət

“Qarabağ probleminin həlli üçün Rusiya-Ukrayna qarşıdurmasını gözləməyə ehtiyac yoxdur” - Politoloq

“Qarabağ probleminin həlli üçün Rusiya-Ukrayna qarşıdurmasını gözləməyə ehtiyac yoxdur” - Politoloq

Rusiya və Ukrayna arasındakı mövcud gərginlik tərəflər arasında yeni bir müharibənin başlaya biləcəyi ilə bağlı proqnozlara yol açıb.Rusiya –Ukrayna müharibəsinin reallaşması Kremlin İrəvana hərbi-maliyyə yardımının azalmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycanın hazırkı mövqeyinin düzgün və məntiqli olduğunu vurğuladı:

“Rusiya Ukrayna ilə müharibə aparmaq istəmir və istəmək ehtimalı çox aşağıdır. Onsuz da Rusiya Ukraynanı çökdürüb. Sadəcə, Poroşenko martdakı seçkilərdə uduzacaq deyə, müharibə ehtimalını gündəmə gətirməklə xalq arasında reytinqini yüksəltməyə çalışır. Beynəlxalq dəniz konvensiyasına görə qaydaları əslində Ukrayna pozub. Doğrudur, indi Təhlükəsizlik Şurasında çalışırlar ki, Rusiyaya qarşı müəyyən addımlar atsınlar. Amma konvensiyanın şərtləri ortadadır.

Müharibə variantı istisnadır. Ancaq bütün hallarda Paşinyanın yürütdüyü siyasət Qarabağı Azərbaycana yaxınlaşdırır. Rusiyanın da mövqeyində müsbət dəyişiklik hiss olunur. Bizə Ukrayna-Rusiya qarşıdurmasını, bunun Qarabağ probleminə hansısa formada həllini gözləməyə ehtiyac yoxdur.

Azərbaycanın hazırda tutduğu mövqe düzgün mövqedir. Hələlik gözləmə mövqeyində durmalıyıq”.

D
demokrat.az