Dünya

Nigeriyada təyyarə qəzaya uğrayıb — Ölənlər var (VİDEO)

Nigeriyada təyyarə qəzaya uğrayıb — Ölənlər var (VİDEO)

Nigeriyada “King Air 350” hərbi aviasiya təyyarəsi paytaxt Abucada qəzaya uğrayıb.

Demokrat.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın aviasiya naziri Hadi Sirika “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, paytaxt Abucadan Minnuya uçan təyyarə havaya qalxdıqdan az sonra mühərrikdə yaranan problem səbəbindən qəzaya uğrayıb və ölənlərin olduğu ehtimal edilir:

"Biz təmkinli olmalı və araşdırmanın nəticəsini gözləməliyik".

Demokrat.az

D
demokrat.az