Sosial

108 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu — FOTOLAR

108 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu — FOTOLAR

Azərbaycanda daha bir uzun ömürlü qadın koronavirusa qarşı peyvənd edilib.

"Report"un məlumatına görə, Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.

O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.

Demokrat.az

D
demokrat.az