Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
Demokrat.az xəbər verir ki, səfər fevralın 19-da Bakıda keçirilməli olan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşündə iştirak məqsədilə həyata keçiriləcəkdi.
Lakin iclas Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb.(report.az)


