Gündəm

Pandemiya şəraitindən turistlərin ixtiyarına verilən İstanbul… — REPORTAJ + FOTOLAR

Pandemiya şəraitindən turistlərin ixtiyarına verilən İstanbul… — REPORTAJ + FOTOLAR

Turizm koronavirus pandemiyasının ən ciddi ziyan vurduğu və turizm sənayesini çökdürdüyü sahələrdən biridir. İqtisadiyyatı daha çox turizmdən asılı ölkələrdə bu daha qabarıq formada özünü biruzə verməkdədir. Turizm sektoru iqtisadiyyatın ana xəttini təşkil edən ölkələr pandemiya şəraitində turizm sektorunun çöküşünün qarşısını alıb ayaqda saxlamaq üçün müxtəlif proqram və layihələr icra etməkdədir.

Türkiyə isə pandemiya şəraitində turizm sektorunu ayaqda saxlayıb, inkişaf etdirmək məsələsində ciddi uğurlara imza atıb. Artıq dünyada pandemiya şəritində turizm sənayesinin ayaqda saxlanması ilə bağlı “Türkiyə modeli”ni təqdim edib. Türkiyə hökuməti 2020-ci ilin mart-aprel ayından etibarən bu istiqamətdə qaydalar müəyyənləşdirərək həyata keçirməkdədir. Bu praktikanının tətbiqi nəticəsində ötəm turzim sezonu Türkiyə üçün digər ölkələrlə müqayisədə çox uğurlu alınıb. Belə ki, Türkiyə hökuməti #SafeTourism, #GoTurkiye, #SafeTourismTurkiye təcrübəsinə əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya ilə bağlı şərtlərinin tələblərinə tam uyğun şəkildə turzim sektorunu ayaqda saxlamaqdadır.

Türkiyə hökuməti bu sahədə əldə etdiyi təcrübəni bölüşmək və ölkəyə turist axınını təşkil etmək üçün xarici ölkə media təmsilçilərinin səfərlərini təşkil edərək, yaradılmış şəraitlə əyani şəkildə tanış edirlər. Türkiyə təcrübəsinin öyrənilməsi məqsədi ilə bir qrup azərbaycanlı media təmsilçisi bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə İstanbulda səfərdədirlər. Azərbaycanlı jurnalistlər İstanbul, Ankara və İzmirdə Türkiyənin pandemiya şəraitində turizm sektorunun mövcud şərtlərə uyğunlaşdırılması ilə yaxından tanış olacaqlar.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin verdiyi xəbərə görə, 2020-ci ildə əldə edilən təcrübə daha da təkmilləşdirilib və ölkəyə gələn hər bir turistin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. Türkiyə dünyanın ən azsaylı ölkələrindəndir ki, zəngin və böyük turizm potensialına malik ölkədir. Belə ki, Türkiyədə ilin bütün fəsillərində turizm üçün böyük potensiallar mövcuddur və bunun üçün infrastruktur yaradılıb. Bu gün Türkiyədə yay və dəniz turizmi ilə yanaşı, termal, səhiyyə, tarixi-mədəni, dağ, ov, ekstremal, qış turizmi inkişaf edib.

TGA-nın veridiyi xəbərə görə, bu gün Türkiyə dünyanın ən müxtəlif ölkələrindən turist qəbul etməkdədir. Qış fəsli olduğundan hazırda ölkəyə gələn turistlər əsasən qış turizm mərkəzlərinə və tarixi-mədəni məkanları ziyarət edən turistlərdir. Bundan əlavə olaraq termal və biznes turizm məqsədi ilə gələn turistlər də var. Hazırda 2021-ci il yay sezonunun hazırlıq işləri gedir. Bu məqsədlə indidən turizm məkanları pandemiyanın tələblərinə uyğun şəkildə hazırlıq vəziyyətinə gətirilməkdədir. Turistlərin tam sağlam, təhlükəsiz istirahəti üçün bütün zəruri addımlar atılıb və atılmaqdadır.

Biz bunun İstanbulda olarkən əyani şahidi olduq. Pandemiya dövrü olmasına baxmayaraq şəhərin bütün yerlərində xarici turistlərə rast gəlmək olar. Dünyanın bütün ölkələrində olduğu kimi Türkiyədə də pandemiya şərtlərinə uyğun olaraq vətəndaşların küçəyə çıxmasında ciddi məhdudiyyətlər mövcuddur. Təsəvvür edin, 18 milyonluq İstanbulda həftə sonu küçələr bomboş olur. Türkiyədə HES deyilən bir şüar var. Deyilimi belədir: “Həyat evə sığar”. Hamı bu qaydaya ciddi riayət emtəkdədir. Nəinki həftə sonu, hətta adi iş günlərində belə zəruri işi olmayan küçəyə çıxmır. Bu gün İstanbul əvvəlki kimi qaynamır. Küçə boyu əksər ticarət, ictimai-iaşə obyektləri işləmir, bağlıdır. Bu qayda təkcə İstanbul üçün deyil, ümumiyyətlə pandemiya təhlükəsi ciddi olan bölgələrdə də tətəbiq edilir və insanlar qoyulan şərtlərə ciddi əməl edirlər. Hansı ki, biz 18 milyonluq İstanbul timsalına bununa şahidi olduq. İcazəsi olmayanlar küçəyə çıxarsa və polis həmin şəxsi müəyyən edərsə, onu ciddi cərimə gözləyir.

Bu gün Türkiyədə yeganə toxunulmaz şəxslər xarici turistlərdir. Onlar rahat hərəkət edə bilərlər. Xarici turist pasportunu və HES kodunu təqdim etməklə həm şəhəri rahat gəzə bilərlər, həm də alış-veriş edə bilərlər. İstanbul turistlərin tam ixtiyarına verildiyindən, şəhəri canlandıranlar da onlardır. Odur ki, turistlərin istər İstanbula, istərsə də Türkiyənin istənilən şəhərinə, bölgəsinə rahat gəlib, istirahət etməsində heç bir problem yoxdur və onlara hər cür şərait yaradılıb.

Demokrat.az

D
demokrat.az