Gündəm

““Araik Arutyunyanla Bakının nümayəndəsi görüşdü!” deyə qeybətxana açmayaq” — Mirşahin

““Araik Arutyunyanla Bakının nümayəndəsi görüşdü!” deyə qeybətxana açmayaq” — Mirşahin

“Döyüş bitdi. İş zamanı gəldi. Sovet dövrünün tələbə inşaat dəstələrini xatırlayırsız? Məncə, indi könüllü olaraq belə dəstələr təşkil etməli, hazır dayanmalı və start əmrini gözəməliyik. Axı biz Xam torpaqları ram edən babaların, Qazaxıstanda, BAM-da can qoyan ataların övladlarıyıq».

Demokrat.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

“Əminəm ki, Şuşa başda, zirvədə olmaqla geri götürdüyümüz torpaqlarımızın, bu yerlərin əkilməsinin, şumlanmasının sevinci hansısa Qaregin Njdeyə qoyulmuş heykəlin götürülməsinin sevincindən min dəfələrlə artıqdır. Bir rayonu belə azad edə biləcəyimizə inanmırdıq... “Lavrov iki rayonu qaytarmağa söz verib, ya allah!” deyirdik. “Araik Arutyunyanla Bakının nümayəndəsi görüşdü!” deyə-qeybətxana açmayaq. Tutalım belə bir görüş lap olub, gəlin düşünək, hansı Arutyunyandı bu? Sındırılmış, darmadağın edilmiş Araik deyilmi? Hansı tullantıdı və onun zavallı qiyafəsi daha çox danşıq aparmağa, yoxsa ifadə verməyə bənzəyir. Hanı Dağlıq Qarabağın o vahiməli separatçı quldur qarabaşları? Dağlıq Qarabağa içimizlə köçək. Vətən sevgisini imana çevirməyi bacaraq» - M.Ağayev qeyd edib.

Demokrat.az

D
demokrat.az