Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Demokrat.az-ın xəbərinə görə, "Qəbələ"də eyniadlı komanda "Keşlə"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hər iki qol ikinci hissəyə təsadüf edib.
Qələbədən sonra bölgə təmsilçisi xallarının sayını 18-ə çatdıraraq 5-ci pillədə qərarlaşıb. "Keşlə" isə 13 xalla 6-8 yerləri bölüşdürür.
“Qəbələ” – “Keşlə" - 2:0 Qol: Mirab Qiqauri, 50 (1:0), Rafael Utriq, 70 (2:0) Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov Qəbələ şəhər stadionu


