Sosial

Ürəyi xəstə olanlar koronavirusa qarşı peyvənd vurdura bilərlərmi?

Ürəyi xəstə olanlar koronavirusa qarşı peyvənd vurdura bilərlərmi?

Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib.

Demokrat.az-ın məlumatına görə, deputat bildirib ki, ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər.

“Bütün açıq ürək və stentləmə əməliyyatı olunan pasiyenlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta üərk-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.

D
demokrat.az