Milli Məclisdə koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirəyə çıxarılacaq.
Oxu.Az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, fevralın 4-də bununla bağlı parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin videokonfrans şəklində birgə iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda vaksinasiya və görülən digər tədbirlər barədə məsələlərin müzakirəyə çıxarılması gözlənilir.
Demokrat.az


