Sosial

Səhiyyə Nazirliyindən səsyazısı ilə bağlı MÜRACİƏT

Səhiyyə Nazirliyindən səsyazısı ilə bağlı MÜRACİƏT

"Sosial şəbəkələrdə yayılan “COVID-19” virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir”.

Bu barədə Demokrat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib:

“Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq”.

D
demokrat.az