Hindistanın paytaxtı Delhidə İsrail səfirliyinin yaxınlığında partlayış törədilib.
Demokrat.az-ın məlumatına görə, hadisə nəticəsində səfirliyə məxsus bir neçə avtomobilə ziyan dəyib.
Xəsarət alan olmayıb. Polisin məlumatına əsasən, partlayış kustar üsulla hazırlanmış partlayıcı ilə törədilib.
Hadisə ilə bağlı araşdırma aparılır. (trend)


