Maraqlı

"Kürdüstan"ı dəstəkləyən Azərbaycanlı məmurun yerinə bir ildir ki, təyinat yoxdur

Kürdüstanı dəstəkləyən Azərbaycanlı məmurun yerinə bir ildir ki, təyinat yoxdur

Ötən ilin noyabrında İraqın şimalındakı "referendum"u dəstəklədiyinə görə işdən çıxarılan Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyevin yerinə hələ də təyinat olmayıb.

Demokrat.Az xəbər verir ki, hazırda Laçın Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də Hüquq şöbəsinin müdiri vəzifəsi vakant yer kimi göstərilir.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib.

Bununla bağlı Laçın RİH-də iclas keçirilib və Fizuli Tanrıverdiyevin işdən çıxarılması barədə qərar qəbul olunub.

Onu da bildirək ki, ötən il Fizuli Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "facebook"da və mətbuatda ciddi tənqid olunub.

Zaur Hacılı Demokrat.Az

D
demokrat.az