Gündəm

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları tarixi maksimuma çatdı

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları tarixi maksimuma çatdı

2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 mlrd. manat olub.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: "Qeyri-neft sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb".

D
demokrat.az