İdman

Azərbaycan Kubokunda yeni mövsüm start götürür

Azərbaycan Kubokunda yeni mövsüm start götürür

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümü başlayacaq.

Demokrat.az-ın məlumatına görə, 1/8 final mərhələsində 4 matç baş tutacaq.

Qarşılaşmalar iki günü əhatə edəcək. İlk oyun günündə "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı qəbul edəcək. Komandalar ilk dəfə ölkə kubokunda üz-üzə gəlir.

"Səbail" Premyer Liqada 13 oyundan sonra 13 xalla 6-8-ci pillələri bölüşdürür. "Zaqatala" isə I Divizionda 11 matçda 19 xal toplaya bilib və hazırda 4-5-ci sıraları bölüşdürür. 1/8 final mərhələsi bir oyundan ibarət olduğu üçün qələbə qazanan komanda 1/4 finalda "Sumqayıt"a rəqib olacaq.

Azərbaycan Kuboku, 1/8 final

24 yanvar (bazar)

15:00. “Səbail” – “Zaqatala” Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Mübariz Hüseynov ASCO Arena.

25 yanvar (bazar ertəsi) “Turan Tovuz” – “Qəbələ” Tovuz şəhər stadionu. Saat 14:00 “Sabah” – “Kəpəz” Bank Respublika Arena. Saat 17:00 “Qaradağ Lökbatan” – “Zirə” Dalğa Arena. Saat 16:00

D
demokrat.az