Gündəm

Nazirlik: Azad Rəhimovun komaya düşməsi ilə bağlı xəbərlər yalandır

Nazirlik: Azad Rəhimovun komaya düşməsi ilə bağlı xəbərlər yalandır

Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır.

Bu barədə Gənclər və İdman Nazirliyindən Demokrat.az-a bildirilib.

Nazirlik Azad Rəhimovun səhhətində ciddi problemlərin yaranması barədə bu gün bir sıra internet resurslarında yayılan xəbərləri təkzib edib.

Verilən məlumata görə, nazir Azad Rəhimovun səhhətində heç bir ciddi problemi yoxdur.

Xatırladaq ki, bir sıra saytlarda Gənclər və İdman naziri Azad Rəhimov komaya düşməsi barədə xəbər yayılıb.

Orxan Muradov Demokrat.az

D
demokrat.az