Dünya

Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək

Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək

ABŞ Senatı istefada olan general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Demokrat.az-ın TASS-a istinadən məlumatına görə, ilk afroamerikalı kimi Pentaqona rəhbərlik edəcək Ostinin qısa müddətdə and içməsi baş tutacaq.

Qeyd edək ki, L.Ostin ordudan istefa verərək 2016-cı ildə təqaüdə çıxımışdı. ABŞ qanunlarına görə, hərbi xidmətdən ayrılmış şəxs həmin müddətdən azı 7 il ərzində Pentaqona rəhbərlik edə bilməz. Ostin üçün bu istisna Konqresin xüsusi qanun layihəsi qəbul etməsindən sonra mümkün olub.

Konqres ABŞ tarixində belə bir istisnanı indiyədək iki nəfərətətbiq edib. Bunlar1950-ci ildə Corc Marşalla və 2017-ci ildə isə Ceyms Mettisə şamil olunub.

D
demokrat.az