Dünya

Co Bayden və Kamala Harris and içdi — YENİLƏNİB+VİDEO

Co Bayden və Kamala Harris and içdi — YENİLƏNİB+VİDEO

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilib.

TASS agentliyi xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris də təntənəli şəkildə and içərək yeni işinə start verib.

Hər iki siyasətçi ABŞ Konstitusiyasına və ölkəyə sədaqət andı içib.

Dünyaca məşhur müğənni Ledi Qaqa tədbirdə ABŞ-ın himnini ifa edib.

19:52 Bu dəqiqələrdə ABŞ-da yeni seçilmiş prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi keçirilir.

Demokrat.azxəbər verir ki, mərasim keçirilən ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.

Demokrat Partiyasından Co Bayden ABŞ-ın 46-cı prezidenti olacaq.

D
demokrat.az