Dünya

Türkiyədə ağır qəza — Bir ailə məhv oldu (FOTOLAR)

Türkiyədə ağır qəza — Bir ailə məhv oldu (FOTOLAR)

Türkiyənin Mersin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pozantı-Ankara magistral yolunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində eyni ailədən 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerindən yaralılar dərhal Tarsus dövlət xəstəxanasına yerləşdirilib.

Qəza səbəbindən yolun bir zolağı bağlansa da, az sonra nəqliyyatın gediş-gəlişi tam bərpa olunub. /qafqazinfo

D
demokrat.az