Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Demokrat.az xəbər verir ki, səfərdən sonra L.Əliyeva Şuşadakı təəssüratları ilə bağlı şeir yazıb.
Şeiri ruscadan dilimizə Aydan Xəndan tərcümə edib:
Sehirli bülbülə bənzəyən çiçək Doğma dağlarımın qoynun bəzəyər, Cənnət guşəmizdən uzaqda, görən, Necə yaşamışam bu uzun illər?!
Dünyaya sığacaq yadlar, yerlilər İçimdə həsrətlə gündüz, gecələr Səndən ayrı qalıb, dərdini çəkib Necə yaşamışam bu uzun illər?
Şeirlər yaradır məna, qafiyə Bu yolda çalışmaq, öyrənmək gərək Könlümün içindən gələn sətirlər Qüsurlu olsa da, həqiqət gizlər.
Vətəndən ayrılmış, lal olan dillər Göz yaşı axıdıb, çox dərd çəkdilər. Ey sehirli diyar, sənin yolunda Dualar səsləndi, coşdu ümidlər.
Ey sehirli diyar, yuxumda bir gün Dağların üstündən uçan quş gördüm. Ruhumda gül açdın, sən Xarı bülbül, Necə darıxmışdım bilsən səninçün!
Allahım böyükdür, adildir hökmü Evinə dönəcək şükür insanlar! Bu şeirim mükəmməl olmasa belə, Ürəyi böyüklər məni anlayar.


