Qarabağ

Arif Hacılı: “Bu proses ya Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməli, ya da...”

Arif Hacılı: “Bu proses ya Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməli, ya da...”

“Qarabağ münaqişəsinin əsasını qoyub əsrlər boyu davam etdirən, son mərhələdə də münaqişənin birdəfəlik bitməsinin qarşısını alan Rusiya regionda sülh yaratdığını bəyan edir. Qarabağdakı vəziyyətin nizamlanması prosesində balans pozulub”.

Demokrat.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanının müavini Arif Hacılı deyib.

“Bu proses ya Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməli, ya da Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya vasitəçi missiyasına iddia edirsə, Azərbaycanın müttəfiqi olan Türkiyə Cümhuriyyətinin də eyni statusda nizamlanma prosesində iştirakı təmin edilməlidir!” – A.Hacılı qeyd edib.

D
demokrat.az